Dünya

ABŞ-da COVID-19 vaksinlərini qarışdırmağa icazə verildi

24 Yanvar 2021 13:32
Baxış: 753
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) vaksinasiya ilə bağlı tövsiyələrini dəyişdirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeni təlimatlara əsasən, müstəsna hallarda xəstələr üçün ABŞ tərəfindən təsdiqlənmiş COVID-19 preparatının iki dozasından birini başqa koronavirus peyvəndi ilə əvəz etmək olar.

Bununla belə, Mərkəz peyvəndlərin qarışdırılmasının təhlükəsizliyi və effektivliyi məsələsinin araşdırılmadığını vurğulayıb.

Bundan əlavə, peyvənd dozaları arasındakı müddətin altı həftəyə qədər uzadılmasının mümkünlüyü bildirilib.

CDC-dən bildirilib ki, bu addımda məqsəd insanlara fərqli bir şey təklif etmək deyil, müstəsna hallarda həkimlərə rahatlıq təmin etməkdir.

Qeyd edək ki, Mərkəz bundan əvvəl vaksinləri qarışdırmağın düzgün olmadığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.