Dünya

Putin məmur təyinatında yaş həddini ləğv edir

23 Yanvar 2021 15:17
Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin ölkə rəhbəri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən kənarlaşdırılan məmurlara tətbiq olunan yaş məhdudiyyətinin ləğv edilməsini təklif edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Putin bu haqda qanun layihəsini Dövlət Dumasına təqdim edib. Sənədin mətni cümə ötən gün parlamentin aşağı palatasının elektron məlumat bazasında yerləşdirilib.

"Dövlət qulluğu vəzifələrini icra edən, vəzifəyə təyin olunması və vəzifədən azad olunması Rusiya Federasiyasının Prezidenti tərəfindən həyata keçirilən dövlət qulluqçuları üçün, dövlət qulluğunun müddətini uzadarkən, 70 yaşına çatması ilə əlaqədar məhdudiyyət tətbiq edilmir", - deyə mətndə qeyd olunub.

İzahatda qeyd olunduğu kimi, dövlət qulluğu haqqında qanunun hazırkı redaksiyasında yaş məhdudiyyəti - 65 yaş müəyyənləşdirilib. Eyni zamanda, dövlət qulluğu yaş həddinə çatmış və ən yüksək vəzifə qrupu kateqoriyasında vəzifə tutan məmurların xidmət müddəti 70 ilə qədər uzadıla bilər. "Bəzi hallarda, ən təcrübəli və yüksək ixtisaslı liderlər üçün göstərilən yaşa çatdıqdan sonra da dövlət qulluğu müddətinin uzadılması zərurətə çevrilir" ,- sənəddə qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.