Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 469 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 249 934, ölənlərin sayı isə 2 987 nəfərə çatıb.
Virusa yoluxanlardan 236 922 nəfərin sağaldığı bildirilir.
Milli.Az