Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb

20 Yanvar 2021 13:16

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 469 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  249 934, ölənlərin sayı isə 2 987 nəfərə çatıb.

Virusa yoluxanlardan 236 922 nəfərin sağaldığı bildirilir.

Milli.Az