Dünya

F-35-lərin istehsalına niyə başlanılmır? - Səbəb

16 Yanvar 2021 13:48
Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

F-35 hərbi təyyarələrinin tam həcmdə seriya istehsalına başlamamasının ən böyük səbəblərindən biri 2017-ci ildən bəri fasiləsiz olaraq təxirə salınan hərbi təlimlərdir.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu açıqlama ilə türkiyəli hərbi ekspert Anıl Şahin çıxış edib.

"Təyyarə bu sınaqlardan keçməlidir ki, istifadəçilər də kütləvi istehsala "hə" deyə bilsinlər. Ancaq həm maddi, həm texniki problemlər, həmçinin COVİD-19 epidemiyası səbəbindən təxminən 4 ilə yaxındır sınaqlar təxirə salınır", - A.Şahin qeyd edib.

Qeyd edək ki, Pentaqon F-35-də təyyarənin döyüş hazırlığına mənfi təsir göstərən təxminən 900 qüsur olduğunu açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.