Dünya

16 yaşlı ata körpəsini silahla ÖLDÜRDÜ

15 Yanvar 2021 17:14
Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Uiskonsin ştatında qətl hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, 16 yaşlı ata Loqan Anderson yeni doğulmuş körpəsini silahla iki dəfə atəş açaraq öldürüb. Belə ki, 16 yaşlı yeniyetmə özündən balaca qız dostu ilə münasibət yaşayıb. Yanvarın 5-də dünyaya gələn körpəyə sahib çıxmaq üstündə ailələr arası münaqişə yaranıb.  Bu zaman yeniyetmə ata körpəsinə baxacağını bildirib.

Daha sonra ortalıqda görünməyən yeniyetmə körpəsiz dönüb.  Qızın ailəsi 16 yaşlı atadan şikayətçi olub. Polislərin axtarışı nəticəsində körpənin cansız bədəni aşkar edilib. Qısa zamanda saxlanılan ata cinayəti etiraf edib. Məhkəmə yeniyetmə ata barəsində cinayət işi açıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.