Dünya

Tvitter Rusiya peyvəndinin hesabını blokladı

15 Yanvar 2021 16:14
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "COVID-19"a qarşı hazırladığı "Sputnik V" peyvəndinin rəsmi tvitter hesabına məhdudiyyət qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, platforma hesaba "Diqqət, bu hesab müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu hesabda qeyri-adi bir fəaliyyət aşkarladığımız üçün bu xəbərdarlığı alırsınız" ifadəsini yerləşdirib.

Bloklanmadan sonra Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) məlumat yayıb. Qeyd olunub ki, tvitterdə peyvənd haqqında bütün məlumatlar paylaşılıb. Bundan sonra hesab məhdudlaşdırılıb, RDIF tərəfindən səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.