Dünya

Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər fevralın 1-dək davam edəcək

13 Yanvar 2021 11:44
Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər fevralın 1-dək davam edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın İdarələrarası Koordinasiya Şurası qərar qəbul edib.

Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə Hökumət Administrasiyasında keçirilən iclasda İdarələrarası Koordinasiya Şurası ölkədə mövcud məhdudiyyətlərin fevralın 1-dək qüvvədə qalacağı barədə qərar verib. Hökumət rəhbərinin tapşırığına əsasən, məhdudiyyətlər yumşaldılmazdan əvvəl biznes nümayəndələri ilə intensiv görüşlər keçirilib.

Məhdudiyyətlərin tədricən aradan qaldırılmasından əvvəl ticarət mərkəzlərinin təhlükəsiz açılması və epidemioloji təhlükəsizliyin qorunması üçün məcburi standartlar bir daha müzakirə edilib.

Bildirilib ki, Gürcüstan hökuməti fevralın 1-dən biznes sektorlarının açılması istiqamətində fəal çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.