İndoneziyanın "Sriwijaya Air" şirkətinə məxsus sərnişin təyyarəsinin uçuş xronologiyası - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 9-da Cakarta-Pontianak reysi ilə uçan və Yava dənizinə düşdüyü güman edilən "Sriwijaya Air" şirkətinə məxsus "Boeing 737-500" sərnişin təyyarəsi Cakartadakı "Sukarno-Hatta" beynəlxalq aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra dispetçerlə əlaqə kəsilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin nəqliyyat naziri Budi Karya Sumadi təyyarə Qərbi İndoneziya vaxtı (WIB) ilə 14:36-da havaya qalxdıqdan sonra "SJ182" reysi ilə əlaqənin xronologiyasını açıqlayıb. Nazir məsələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, təyyarə havaya qalxdıqdan bir dəqiqə sonra pilot dispetçerlərdən yüksəkliyi artırmaq barədə icazə istəyib. WIB vaxtı ilə 14:37-də müvafiq olaraq ona 29 min fut yüksəkliyə qalxmaq icazəsi verilib. Bundan bir neçə dəqiqə sonra, yəni WIB vaxtı ilə saat 14:40-da təyyarənin marşrut üzrə deyil, cənub-qərb istiqamətində uçduğu aşkarlanıb və dispetçer pilotla əlaqə yaratmağa çalışıb. Lakin təəssüf ki, o, cavab verməyib.
Nazir, həmçinin hazırda qırıntıların aşkar edildiyi ərazidə - Lankanq və Laki adaları arasında axtarış işlərinin davam etdirildiyini bildirib.
B.K.Sumadi İndoneziya Prezidenti Coko Vidodonun axtarış işlərinin daha geniş ərazidə aparılması barədə göstəriş verdiyini də əlavə edib. Qeyd edib ki, axtarış işlərinə sualtı xilasetmə qurğusu ilə təchiz edilən "Baruna Jaya" gəmisi də cəlb edilib.
Hazırda təyyarənin qəzaya uğradığı güman edilən ərazidə, həmçinin Nəqliyyatda Təhlükəsizlik və Xilasetmə Milli Komitəsinin dörd gəmisinin axtarış işlərini davam etdirdiyi bildirilib.
Qəza ilə əlaqədar informasiyaların operativ ötürülməsi məqsədilə "Sukarno-Hatta" beynəlxalq aeroportunun ikinci terminalında xüsusi post yaradılıb. Eyni zamanda, Nəqliyyat Nazirliyi tərəfindən "qaynar xətt" də açılıb.
Əlavə olaraq qeyd edək ki, təyyarə ilə əlaqə son dəfə o, 11 min fut yüksəklikdə olarkən yaradılıb. Təyyarənin havaya qalxmasından dörd dəqiqə sonra onunla əlaqə kəsilib.
Rəsmi məlumatlara görə, təyyarənin göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Sərnişinlərdən 46-sının böyük, 7-sinin uşaq, 3-nün isə körpə olduğu bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)





