Dünya

İranda daha 4 nəfərdə koronavirusun “Britaniya ştamı” aşkarlanıb

10 Yanvar 2021 16:01
Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda yenidən yeni növ koronavirusun (COVİD-19) "Britaniya ştamı" aşkarlanıb

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün İran səhiyyə naziri Səid Namaki bildirib.

Səhiyyə naziri deyib ki, dünən ölkədə 4 belə hal aşkarlanıb. Virusa yoluxanlar Avropadan ölkəyə gələn bir ailənin üzvləridir.

Bununla da ölkədə koronavirusun "Britaniya ştamı"na yoluxanların sayı 5 nəfərə çatıb. Bundan əvvəl Böyük Britaniyadan gələn bir nəfərdə bu virus aşkarlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.