İsrail mütəxəssislər təcrübələrini Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla bölüşəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu məqsədlə Xarici İşlər Nazirliyi yanında İsrail Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (MASHAV) "Təzyiqli suvarma sistemləri" mövzusunda beş həftəlik onlayn görüş təşkil edəcək.
Fevralın 25-dən martın 25-dək təşkil olunacaq veb-seminarın məqsədi İsrailin təcrübəsini bölüşmək və müxtəlif əkinlər üçün qabaqcıl suvarma sistemlərinin tətbiqi zamanı və kənd təsərrüfatı sektorunun inkişafı üçün nəzərə alınması lazım olan əsas məqamları iştirakçılar ilə müzakirə etməkdir.
Milli.Az