Dünya

Çinin Şıciacuan şəhərində tam qapanma elan edilib - VİDEO - FOTO

8 Yanvar 2021 12:19
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin paytaxtının yaxınlığında yerləşən Şıciacuan şəhərində COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən tam qapanma elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən sutka ərzində 120 yeni yoluxma halının aşkarlanmasından sonra bu qərar qəbul edilib. Hebey vilayətinin paytaxtı olan Şıciacuan şəhərinə artıq giriş-çıxış, o cümlədən təyyarə və qatarların hərəkəti tam dayandırılıb. Ötən ilin yanvarında Uxan şəhərində olduğu kimi, heç kimin şəhəri tərk etməsinə icazə verilmir. Yalnız ərzaq, gündəlik tələbat malları və tibbi ləvazimatlar daşıyan avtomobillərin xüsusi icazə əsasında şəhərə giriş-çıxışı mümkündür.

Qeyd edək ki, son 5 gün ərzində Hebey vilayətində, əsasən də onun paytaxtında COVID-19 infeksiyasına yoluxma halları sürətlə çoxalaraq 234-ə çatıb. Mütəxəssislər Şıciacuan şəhərini virusun yeni dalğasının ocağı kimi görürlər. Yanvarın 6-da şəhərdə "müharibə rejimi" elan olunmuşdu. Artıq 10 milyon əhalisi olan şəhərin bütün sakinləri koronavirus testindən keçirlər. Uşaq bağçaları və məktəblərdə dərslər təxirə salınıb, ali məktəblərdə isə vaxtından əvvəl qış tətili elan olunub. Epidemioloji mübarizəni düzgün təşkil edə bilmədiklərinə görə 3 məmur cəzalandırılıb. Hebey sakinlərinin paytaxta sıx gediş-gəlişinin olması virusun Pekinə də ayaq açmaq ehtimalını çoxaldır. Çinin səlahiyyətli qurumları Hebey vilayətindəki yoluxma zəncirinin Avropadan gələn virus ştammından başladığını güman edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.