Dünya

“Tramp öz işini görmür” - Bayden

5 Yanvar 2021 12:22
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden hazırkı dövlət başçısı Donald Trampın öz işini görmədiyini hesab edir.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə Bayden Corciyada tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Onun bu iş nəyinə lazımdır bilmirəm, işləmək istəmir", - Bayden bildirib.

Bayden, həmçinin Trampın koronavirusla mübarizə aparmaq əvəzinə seçki nəticələrindən şikayət etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ötən ilin noyabrın 3-də keçirilib. Bayden 306, Tramp 232 səs alıb. 6 yanvarda nəticələr Konqres tərəfindən təsdiqlənməlidir. Amerika liderinin andiçmə mərasimi 20 yanvar tarixinə planlaşdırılıb. Pandemiya səbəbi ilə mərasimdə dəyişikliklər edilib, parad onlayn keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.