Dünya

İran Silahlı Qüvvələri ilk dəfə pilotsuz aparatların təlimini keçirir

5 Yanvar 2021 10:39
Baxış: 1 215
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran Silahlı Qüvvələri ilk dəfə  geniş miqyaslı pilotsuz aparatların təlimini keçirir.

Milli.Az APA-ya istinadən bildirir ki, pilotsuz aparatların hərbi təlimi iki gün davam edəcək. İranın Simnan və sərhəd bölgələrində eyni anda keçirilən hərbi təlimdə İran quru, dəniz və hava qoşunlarına məxsus yüzlərlə pilotsuz təyyarə iştirak edəcək. Təlimdə yerli istehsal olan pilotsuz aparatların sınağı nəzərdə tutulub. Həmçinin təlim zamanı iranlı mütəxəssislərin pilotsuz aparatların idarəetməsi sahəsində ixtira etdiyi proqram və texniki avadanlıqlar da nümayiş və sınaq olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.