Bu qəsəbədə bir neçə manata İSTƏNİLƏN QƏDƏR kirayə qalmaq olar... AMMA ŞƏRTLƏR VAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu təəccüblü yer, Fuqqeray məhəlləsidir, Almaniyanın ən gözəl şəhərlərindən birində - Ausburqda yerləşir. Burada cəmisi bir neçə avro dəyərində icarə haqqı ödəyərək yaşamaq olar. Amma bu halda bir neçə məcburi şərt yerinə yetirilməlidir...
...ən azı 2 il Ausburqda yaşamaq, katolikliyi qəbul etmək və gündə 3 dəfə dua etmək lazımdır.
Çox gözəl qədim şəhər olan Ausburq Alp dağlarının ətəklərində yerləşir. Şəhərin kökü və tarixi Roma imperiyası dövrünə gedib çıxır. Şəhər Roma hərbi düşərgəsinin yerində yaranıb.
Milli.Az evlərin illik kirayəsi cəmisi bir neçə avro olan, özünəməxsus, unikal şərtləri ilə seçilən Fuqqeray məhəlləsi haqda reportajı dəyərli oxuculara təqdim edir.
.jpg)
Ausburq Bavariyanın başqa şəhərləri ilə müqayisədə həmişə daha zəngin təsir bağışlayıb. Bu əsasən onunla bağlı idi ki, burada çox varlı Fuqqer sülaləsi yaşayırdı. "Zəngin" ləqəbi ilə tanınan Yakob Fuqqer ticarət-bank evinə başçılıq edirdi və Avropanın ən varlı insanı kimi tanınırdı. Onun sərvətinin sayəsində qısa vaxt ərzində Ausburq Avropanın əsas maliyyə mərkəzinə çevrildi.
.jpg)
Yakob Fuqqer öz doğma şəhərini unutmurdu və qardaşları ilə birlikdə 1521-ci ildə burada dindar katoliklər üçün yeni bir qəsəbənin əsasını qoydu. O, qəsəbəni "zəhmətsevənlərin, ədəblilərin, yalnız bədbəxtlik üzündən yoxsulluğa düşmüşlərin məhəlləsi" adlandırırdı.
Böyük torpaq sahəsini alaraq girovdan çıxaran Fuqqerlər orada çox gözəl qəsəbə salıdılar. Kilsə və xəstəxana ilə əhatələnən ikimərtəbəli evlərdən ibarət qəsəbə, sadəliyi və yaşayış şərtləri ilə hər kəsi heyrətləndirir.
Məhəllə əsasən kasıb və yaşlı insanlar üçün nəzərdə tutulmuşdu, hansılar ki, burada praktik olaraq pulsuz ömürlük yaşaya bilirdilər.
Beləliklə, ən qədim sosial-pansionat belə yaranmış oldu.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Burada ev sahibi olmaq istəyən şəxslər yalnız kasıb insan olmalı və kriminal keçmişdən uzaq olmalı idilər. Bundan başqa, katolik olmaq da məcburi şərtlərdən biri idi. Məhəllə sakinləri üçün nəzərdə tutulan Fuqqer Manifestində yazılmışdı ki, onlar gün ərzində 3 dəfə Tanrıya, Müqəddəs Mariyaya və qəsəbənin baniləri Fuqqerlər sülaləsinə dua etməyə məcburdurlar.
Məhəllə hündür divarlarla hasarlanmışdı, və o faktiki olaraq, şəhərin daxilində şəhər kimi görünürdü. Onu banisinin adı ilə adlandırdılar - Fuqqeray qəsəbəsi.
.jpg)
.jpg)
.jpg)
Amma ən maraqlısı budur ki, Fuqqeray hələ də öz ilkin təyinatı üzrə istifadə olunur.
1944-cü ildə Ausburq bombardmanlar nəticəsində xeyli zərər görür, əhəmiyyətli dərəcədə dağıdılır, təbii ki Fuqqeray da bu zərərdən yan keçmir. Amma nəticədə o bərpa edilir və hətta Fuqqerlər fondunun hesabına əlavə olaraq daha 14 bina tikilir.
Məhəllənin binalarında əvvəlki kimi, təxminən 150 insan yaşayır, onlar əsasən, Ausburqdan olan təqaüdçülərdir.
Fuqqer nəsilinin davamçıları isə ağsaqqallar şurasına daxildirlər və məhəllənin həyatını idarə edirlər.
Burada icarə haqqı simvolik olaraq qalıb - ildə 3,35 avro.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Zahirən görünür ki, bu əsrarəngiz guşədə heç nə dəyişilməyib - əvvəlki kimi burada sakit, təmiz, rahat, yaşıllıqlı, hüzr dolu bir ortam hökm sürür.
Lakin bu heç də o demək deyil ki, sivilizasiya bu məkandan yan keçib. Hər evciyə elektrik, su təmini, kanalizasiya və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb.
Mənzillərin interyeri kifayət qədər sadə, artıqlıqlarsız, yalnız ən vacib olan əşyalardan ibarətdir.
.jpg)
Qəsəbənin ərazisinə giriş 22:00-dan etbarən dayandırılır. Bütün qapılar bağlanır.
Bəli, bu cür qeyri-adi bir qəsəbənin müasir dövrdə, ən qabaqcıl ölkələrdən birində olması, yaxşı mənada təəccüblüdür. Onun sakinləri öz ənənələri, həyat tərzləri və qeyri-adi qayğıları ilə sakitcə ömür sürürlər.
Qəsəbəyə giriş turistlər üçün pulludur. Son vaxtlar əsrarəngiz qəsəbə pandemiya səbəbindən demək olar ki, ziyarət olunmur.
Zaur Həsənəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Paşinyan ayaqqabısını geyinə bilmədi - (Video)
-
Rusiyada polkovnikə qarşı sui-qəsdin detalları - Bomba hava şarı ilə göndərilib
-
"Ərdoğanla çox müsbət görüş keçirdik" - Paşinyan
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
XƏBƏR LENTİ
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - (Video/Foto)
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək





