Belə edib evlənib xoşbəxt ola bilərik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Evliliyin harmoniyada qalmasını təmin edən amillərdən danışanda, ən çox işlədilən söz "kompromis" olur. Təsəvvürümüzdə dərhal belə bir mənzərə canlanır: iki insan bir-birinə doğru addımlayır, hərəsi bir qədər öz istəklərindən imtina edir ki, münasibətlərdə tarazlıq qorunsun. Güzəştə getmək hər zaman xoşagəlməz deyil. Çox vaxt bu, partnyora qarşı səmimi sevgidən doğur. Lakin real təcrübə göstərir ki, evlilikdə uzunmüddətli xoşbəxtliyi təmin edən başqa, daha dərin bir bacarıq var, bu da "koqnitiv səxavət" adlanır.
Milli.Az bu barədə xarici mediaya istinadən xəbər verir.
Koqnitiv səxavət nədir?
Bu vərdişin mahiyyəti partnyorun sözlərini, hərəkətlərini və niyyətlərini mümkün qədər xoş niyyətlə şərh etməkdən ibarətdir. Yəni gündəlik həyatın qarışıqlığında və xırda mübahisələrdə belə insan qarşı tərəfdə pislik və ya tənqid axtarmır, əksinə yaxşı niyyət güman edir.
Kompromisdə çox vaxt tərəflər "kim nə qədər güzəşt etdi"ni hesablayır. Bu isə bəzən bir tərəfdə daha çox qurban verdiyi hissini yaradır. Amma kognitiv səxavət praktikasında insanlar diqqəti güzəştin miqdarına deyil, onun arxasındakı mənaya və dəyərə yönəldirlər. Nəticədə xırda anlaşılmazlıqlar böyümür, mübahisələr isə inkişaf üçün fürsətə çevrilir, qayğıkeş davranışlar isə evliliyin təməlini möhkəmləndirir.
Kompromisin məhdudiyyəti
Araşdırmalar göstərir ki, kompromis çox vaxt bir mübadilə kimi qəbul olunur. Bu, bəli, gərginliyi azalda bilər, amma çox vaxt tərəflərdən biri özünü daha çox qurban verən kimi hiss edir.
2018-ci ildəki tədqiqat göstərib ki, biz çox zaman partnyorumuzun səylərini görmürük, gördükdə isə güzəşt edən tərəf özünü qiymətləndirilməmiş və münasibətdə daha az xoşbəxt hiss edə bilər.
Kognitiv səxavətin üstünlüyü
Bu yanaşma həmin mənzərəni dəyişir: insan xırda jestlərdə belə yaxşı niyyəti görməyə başlayır. İstər səhər hazırlanan bir fincan qəhvə olsun, istərsə də qısa, amma səmimi bir mesaj. Bu, qarşılıqlı minnətdarlıq atmosferi yaradır və münasibətdə "biz" anlayışını gücləndirir.
Əgər münasibətlər yalnız daimi "ticarət" üzərində qurularsa, cütlük bir-biriylə daim danışıqlar aparan iki nəfərə çevrilə bilər. Amma "biz bir komandayıq" yanaşması ilə tərəflər çətinlikləri daha asan dəf edir, məsuliyyəti bölüşür və stressli vəziyyətlərdə belə birlikdə hərəkət edə bilirlər. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
XƏBƏR LENTİ
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
-
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar





