Dünya

Polis Yeni il şənliyi keçirilən villaya basqın etdi - 29 nəfər saxlanıldı

1 Yanvar 2021 19:34
Baxış: 4 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Yeni il şənliyinin keçirildiyi villaya polislər basqın edib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Türkiyənin Silivri bölgəsində polislər H.K.K. adlı bir şəxsin kirayə götürdüyü evdə Yeni il gecəsi qonaqlıq veriləcəyi ilə bağlı məlumat alıblar.

Villanı nəzarətdə saxlayan polislər bayram axşamı partiyə basqın ediblər.

Xarici qonaqlar da daxil olmaqla 29 nəfər karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onlardan 10-nun qadın, 19 nəfərin isə kişi olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.