Dünya

Boris Consonun atası Fransa vətəndaşı olmağa hazırlaşır

31 Dekabr 2020 20:41
Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş Naziri Boris Consonun atası Stenli Conson Fransa vətəndaşlığı alır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Baş Nazirin atası bu barədə sosial şəbəkədə məlumat verib. O, bunu Britaniya Avropa İttifaqından çıxdıqdan sonra da ailəsinin Avropa ilə sıx əlaqələrini davam etdirmək üçün etdiyini açıqlayıb.

Qeyd edək ki, bu il 24 dekabrda uzun müzakirələrdən sonra Britaniya və Avropa İttifaqı "Brexit"lə bağlı ticarət sazişi barədə razılığa gəldiklərini açıqlamışdılar. Bununla da Britaniya 1 yanvar 2021-ci ildən etibarən Avropa İttifaqından çıxacaq.

Onu da vurğulayaq ki, Baş Nazirin anası İren də Fransa da doğulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.