Dünya

Sarkisyanın partiyası Paşinyan hakimiyyəti ilə hər hansı müzakirəni istisna etdi

30 Dekabr 2020 20:09
Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın partiyası olan Ermənistan Respublika Partiyası (ERP) hazırkı hakimiyyətlə hər hansı məsələni müzakirə etməyi istisna sayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə məlumatı ERP-in mətbuat xidməti yayıb. Bildirilib ki, Paşinyan hakimiyyəti ilə hər hansı dialoqdan, müzakirədən, sövdələşmə və razılaşmadan söhbət belə gedə bilməz.

Qeyd edək ki, müxalif Çiçəklənən Ermənistan Partiyası və İşıqlı Ermənistan Partiyası sədr səviyyəsində Nikol Paşinyanla müzakirələrə qatılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.