Dünya

Rusiya "Orion" dronunun yeni versiyasını ilk dəfə təqdim etdi

28 Dekabr 2020 22:04
Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi ilk dəfə "Orion" dronunun yeni versiyasını rəsmi şəkildə nümayiş etdirib.

Milli.Az xəbər verir ki, dron 2021-ci il təqvimində yer alıb.

"Orion" mexanizmi uzun uçuş müddəti olan orta hündürlüklü nəqliyyat vasitələri sinfinə aiddir. Aparat 24 saat havada qala və 8 km hündürlükdən uça bilir. 1100 kq çəkiyə sahib PUA 250 kq sursat daşımaq potensialına malikdir.

Layihə 2011-ci ildə Müdafiə Nazirliyinin əmri ilə başlanıb. Onun ilk prototipi 2015-ci ildə hazırlanıb və sınaqlara başlanıb. MAKS-2017 hava şousunda ixrac versiyası təqdim edilib.

Müdafiə Nazirliyi ilə "Kronstadt" şirkəti arasında "Orion" pilotsuz təyyarələrinin tədarükü üçün ilk sazişin imzalanması "Ordu-2020" forumunda məlum olub. Pilotsuz kompleksin ilk dəsti 2020-ci ilin aprelində eksperimental hərbi əməliyyata verilib.

Qeyd edək ki, Qarabağdakı hərbi əməliyyatlarda pilotsuz uçuş aparatlarının göstərdiyi qabiliyyət bütün dünyanın diqqətini həm əməliyyatlara, həm də PUA-ların gələcəyinə cəlb edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.