Dünya

ABŞ-da koronavirusa yoluxanların sayı 19 milyonu keçib

28 Dekabr 2020 12:24
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının sayı 19 milyonu ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, ölkədə koronavirus infeksiyasına yoluxma hallarının sayı 19 132 446-ya çatıb. Yoluxma sayına görə Kaliforniya ştatı liderdir (2 156 111 yoluxma), onun ardınca isə Florida (1 271 979 yoluxma), İllinoys (937 909 yoluxma) və Nyu-York (922 145 yoluxma) ştatları qərarlaşıb.

ABŞ-da bu günədək COVID-19 qurbanlarının sayı 333 115 nəfər təşkil edir.

Qeyd edək ki, pandemiyanın başlanmasından bəri dünyada 80,7 mln. insan koronavirusa yoluxub, 1,7 mln. nəfərdən çox ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.