Dünya

Ermənistanda son sutkada COVID-19-dan 16 nəfər ölüb

27 Dekabr 2020 17:29
Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 485 yoluxma halı qeydə alınıb.

Milli.Az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 16 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2768 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 157 834, xəstəlikdən sağalanların sayı isə 139 113 nəfərə yüksəlib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.