Dünya

Uğur Şahindən də bədbin proqnoz gəldi - Hələ 10 il də koronavirusla yaşayacağıq, əgər bacarsaq

27 Dekabr 2020 14:48
Baxış: 1 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası dünyada 10 il qalacaq.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə dünyada koronavirusa qarşı qəbul edilmiş peyvəndin yaradıcısı Almaniyanın "BioNTech" şirkətinin prezidenti Uğur Şahin proqnoz verib.

Koronavirusa qarşı 500 min dozada peyvənd vasitəsi artıq Böyük Britaniyaya çatdırılıb. Bir neçə həftə ərazində peyvənd digər ölkələrdə də qəbul ediləcək.

"Virus bizimlə 10 il qalacaq. Biz buna öyrəşməliyik", - deyə o xəbərdarlıq edib.

Şahinin proqnozuna görə, "yeni normal vəziyyət" ölkələrin karantinə alınmalı olduğu anlamına gəlməyəcək.

Onun sözlərinə görə, bu qış koronavirusa yoluxma sayına müdaxilə etmək mümkün olmayacaq. Ancaq gələn il vəziyyəti düzəltmək üçün səyləri birləşdirmək lazımdır.

"Virus daha intensiv yayılmağa başlayarsa, həyatı normallaşdırmaq üçün daha yüksək peyvənd qəbuluna ehtiyac ola bilər", - deyə o vurğulayıb.

O əlavə edib ki, peyvəndin koronavirusun mutasiya olunmuş formasının öhdəsindən gələ biləcəyini görmək iki həftə çəkəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.