Dünya

“Şotlandiya müstəqil olacaq”

25 Dekabr 2020 15:24
Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şotlandiyanın Baş naziri Nikola Stercen İngiltərə ilə Avropa İttifaqı arasında "Brexit" ticarət müqaviləsi çərçivəsində əldə edilən razılaşmanın ardından Şotlandiyanın gələcəkdə müstəqil ölkə olacağını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, tvitterdə yazıb. Baş nazir 2016-cı il referendumunda şotlandların təxminən üçdə ikisinin Aİ-də qalmağa səs verdiyini iddia edib.

Stercen "Brexit"in bizdən aldığını kompensasiya edəcək bir razılaşma yoxdur. Müstəqil bir Avropa ölkəsi olaraq öz gələcəyimizi təyin etməyin vaxtı gəldi ",- deyə vurğulayıb.

Qeyd edək ki, 1707-ci ildən Böyük Britaniya krallığının bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər Şotlandiya parlamenti Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.