Dünya

Alman polisin hicablı qadına zorakılığı tənqid olundu - VİDEO

24 Dekabr 2020 19:17
Baxış: 1 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alman polisi Vuppertal şəhərində hicablı qadının maska taxmadığını əsas gətirərək zorakılıq tətbiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, körpəsi ilə birlikdə stomatoloji klinikadan çıxan xanıma sərt müdaxilə olunaraq yerə uzadılıb və qolları qandallanıb.

Tibb işçiləri və küçədə olan vətəndaşlar məsələyə müdaxilə edib, polisin sərt reaksiyasını qınayıb. Həmin anlar lentə alınaraq KİV-də yayımlanıb. Polislə insidenti lentə alan vətəndaş arasında da qarşıdurma yaşanıb.

Ətrafdakıların reaksiyası artdığından polis qadını sərbəst buraxmalı olub.

Polis zorakılığına məruz qalan vətəndaş şikayətçi olacağını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.