Dünya

Argentina da Rusiya peyvəndini təsdiqlədi

24 Dekabr 2020 15:09
Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarusdan sonra Argentina Rusiya tərəfindən koronavirusa qarşı hazırlanan "Sputnik V" peyvəndinin istifadəsini təsdiqləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qərar nazirlik tərəfindən təcili kodla imzalanıb. Bildirilib ki, Milli Dərman, Qida və Sağlamlıq Texnologiyaları İdarəsi (ANMAT) əməkdaşları vaksinin hazırlandığı müəssisələrdə olublar və araşdırmalar nəticəsində peyvəndin etibarlı olduğu müəyyən edilib.

Cümə axşamı Argentinaya 300 min dozanın çatdırılması planlaşdırılan "Sputnik V" ölkədə təsdiqlənmiş ikinci "COVID-19" peyvəndi olub. Vaksinin gələn həftədən tətbiqi planlaşdırılır.

Qeyd edək ki, Prezident Alberto Fernandez 10 dekabrda Rusiya ilə 10 milyon doza vaksin almaq üçün müqavilənin imzalandığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.