Dünya

ABŞ Navalnının zəhərlənməsində "FSB"ni suçladı

24 Dekabr 2020 12:52
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Navalnının zəhərlənməsində Rusiya Federal Təhlükəsizlik Xidmətini ("FSB") ittiham edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, yayılan açıqlamada Navalnının bu qurum tərəfindən "Noviçok" qrupuna daxil olan zəhərlə həyatına qəsd edildiyi bildirilib. Rusiyadan başqa Navalnının işində heç bir iz tapılmadığı bəyan edilib.

Həmçinin Rusiyanın ittihamı təkzib etməsi ilə bağlı bəyanatları çoxlu komplo teoriyalarını ortaya atmaq kimi qiymətləndirilib. Rusiyanın bu metodla ona yönələnn ciddi suallardan diqqəti yayındırmağa çalışdığı iddia olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.