Dünya

Azərbaycana qarşı ABŞ-dan olan yaraqlılar da döyüşüb

23 Dekabr 2020 14:29
Baxış: 1 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Yerevanda baş nazir Nikol Paşinyana qarşı növbəti etiraz aksiyası keçirilib.

Ermənistan paytaxtında etiraz aksiyasını işıqlandıran amerikalı bloger Patrik Lankaster reportajında bu aksiyanın Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak etmiş iştirakçılarından birinin tarixçəsini açıqlayıb.

Məlumata görə, ABŞ vətəndaşı Qayk Nazaryan 2016-cı ildə Ermənistana köçüb. Onun sözlərinə görə, o, Aprel müharibəsindən sonra Ermənistana gəlib, çünki bilirdi ki, "hər şey bununla qurtarmayacaq". Qayk Nazaryan deyir ki, bütün bu müddət ərzində müharibə olacağı hissiyyatı ilə yaşayıb və 27 sentyabr 2020-ci ildə hərbi əməliyyatların başlanması onun üçün gözlənilməz olmayıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, o artıq sentyabrın 29-da Azərbaycan Ordusuna qarşı savaşa qoşulduğunu deyib.

"Mən hərbi komissarlığa artıq hazırlıqlı gəldim. Məni çağırmadılar, könüllü oldum. Məni Hadruta göndərdilər. Çünki əsas yol artıq azərbaycanlılar tərəfindən bağlanmışdı. Könüllülərin çoxu bu müharibəyə ciddi yanaşmırdı. Hamı düşünürdü ki, bu, cəmi 4-5 gün davam edəcək", - deyə Nazaryan bildirir.

Onun sözlərinə görə, düşdükləri postda onlar cəmi 40 nəfər olublar. Digər erməni postlarında isə cəmi 10-15 nəfər olub.
 
Nazaryan hərbi təcrübəyə malik olduğu ilə öyünür. Onun sözlərinə görə, 2017-ci ildə müqavilə əsasında Tavuşda Azərbaycanla sərhəddə Ermənistan ordusunda xidmət edib.

Daha sonra ABŞ vətəndaşı Qayk Nazaryan Ermənistanın baş naziri Nikol Paşinyanı "satqınlıqda" və "torpaqları verməkdə" ittiham etməyə başlayıb.

"Bu, son Ermənistan - Azərbaycan müharibəsində iştirak etmiş erməni əsilli amerikalı Qayk idi", - deyə Patrik Lankaster reportajını tamamlayıb.

Qeyd edək ki, v Ermənistanın Yaxın Şərq və Avropa ölkələrindən, xüsusilə Fransadan olan terrorçuları və yaraqlıları Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştiraka cəlb etdiyi barədə dəfələrlə yazılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.