Dünya

Ermənistanda daha bir istefa

22 Dekabr 2020 19:01
Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın patrul və qarovul xidməti ("qırmızı beretlər") xüsusi taborunun komandir müavini Xaçatur Tovmasyan səlahiyyətlilərin hərəkətlərinə etiraz olaraq istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Daşnaktsutyun" partiyasının nümayəndəsi Qeqam Manukyan müxalifətin bu gün keçirilən mitinqində açıqlama verib. Manukyan mitinq zamanı Tovmasyanın müraciətini aksiya iştirakçıları üçün oxuyub.

Xaçatur Tovmasyan müraciətində insani və mənəvi dəyərlərin onun üçün vacib olduğunu və hiyləgər və özünə hörmət etməyən bir hökumətə, məsuliyyətsiz insanlara xidmət etməyi mümkün hesab etmədiyini bildirib.

Qeyd edək ki, Ermənistanda artıq bir neçə həftədir davam edən mitinqlərdə etirazçılar Nikol Paşinyanın istefasını tələb edir, onu milli maraqlara xəyanət etməkdə ittiham edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.