Dünya

Vyanadakı terrorda şübhəli bilinən daha iki şəxs saxlanıldı

20 Dekabr 2020 18:11
Baxış: 856
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vyanada törədilən terror hücumlarında şübhəli bilinən daha iki nəfər Avstriyanın paytaxtında saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Kronen Zeitung" xəbər yayıb.

Nəşrin məlumatına görə, şübhəlilərdən biri Əfqanıstan əsilli Avstriya vətəndaşıdır. Həmin şəxs "Cobra" xüsusi təyinatlı qüvvələri tərəfindən tutulub. Adı açıqlanmayan şəxsin DNT-si zərəsizləşdirilən terrorçunun istifadə etdiyi tüfəng və patronlarda aşkarlanıb.

Şübhəli bilinən digər şəxs isə prokurorluq əməkdaşları tərəfindən həbs olunub.

"Report" xatırladır ki, noyabrın 2-si axşam saatlarında Vyananın 6 ərazisində törədilən hücumlar nəticəsində üç nəfər ölüb, 15 nəfər yaralanıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb. Həmin şəxsin İŞİD tərəfdarı olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.