Dünya

Hindistanda COVID-19-a yoluxanların sayı 10 milyonu ötüb

19 Dekabr 2020 11:09
Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 25 min 152 yoluxmanın qeydə alınması ilə ölkədə bu virusa yoluxanların ümumi sayı 10 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 10 milyonu ötən ikinci ölkədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 347 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 145 min 136-ya çatıb.

Bildirilir ki, hazırda ölkədə təxminən 308 min aktiv COVID-19 xəstəsi var. İndiyədək 160 milyondan çox test aparılıb. Paytaxt Dehli Hindistanda pandemiyadan ən çox ziyan çəkən bölgədir.

Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.