Dünya

Ukrayna Ermənistandan gələnlərə məhdudiyyət tətbiq etdi

19 Dekabr 2020 09:54
Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Ukrayna Səhiyyə Nazirliyinin "qırmızı" siyahısına düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "NEWS.am"a Ermənistanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Ötən həftə Ukraynada koronavirusun yayılması göstəricisinə görə müsbət dinamika Ermənistandakından daha yüksək idi. Ermənistandan Ukraynaya gələn bütün sərnişinlər koronavirusla bağlı mənfi test nəticəsinə malik olmalı və ya Ukraynada 14 günlük özünü təcridetmə rejimindən keçməlidir. Özünü təcridetmə rejimindən çıxmaq üçün testi Ukraynada da vermək olar", - məlumatda qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.