Dünya

İstanbulda son 90 ilin ən quraq payızı müşahidə olunub

18 Dekabr 2020 21:05
Baxış: 1 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Başda İstanbul olmaqla Türkiyə ərazisində müşahidə olunan quraqlıqla bağlı yeni hesabat hazırlanıb. Bu hesabatda ölkənin bəzi bölgələrində meteoroloji quraqlığın hidroloji quraqlığa döndüyü, ölkə ərazisində yağan yağışın miqdarının ciddi dərəcədə azaldığı vurğulanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hesabatda bu il hidroloji quraqlığın daha çox müşahidə olunduğu İstanbul, Ankara, İzmir, Çanaqqala bölgələrində son illərin ən isti hava rekordunun yeniləndiyi, yağıntı miqdarının isə Aralıq dənizi və Cənub-Şərqi Anadolu istisna olmaqla bütün bölgələrdə azaldığı bildirilir.

Misal üçün, İstanbulda bir il ərzində ortalama 107 yağışlı gün olur. Cari ildə isə bu rəqəm sentyabr-noyabr ayları ərzində 30-54 faiz azalaraq son 90 ilin ən quraq payızı yaşanıb.

Türkiyə ərazisində isə bu rəqəm təxminən 20 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.