Dünya

Çavuşoğludan Ukrayna ilə bağlı AÇIQLAMA

18 Dekabr 2020 17:34
Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüblər.

Milli.Az unikal.org-a istinadən bildirir ki, görüşdə M. Cavuşoğlu deyib ki, Türkiyə Ukrayna ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır.

Görüş çərçivəsində hər iki ölkəyə məxsus şirkətlərin qarşılıqlı dəstək təminatının gücləndirilməsi məsələsinə toxunan Türkiyə XİN başçısı FETÖ terror təşkilatı ilə mübarizədə Ukraynadan dəstək gözlədiklərini vurğulayıb.

O qeyd edib ki, Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi davam edəcək.

Baş nazir D. Şmıqal Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib. O qeyd edib ki, Türkiyənin Krım və Donbassla bağlı mövqeyi təqdirəlayiqdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.