Dünya

BMT-nin Baş katibi ətraf mühiti çirkləndirənlərdən vergi tutulmasını təklif edib

18 Dekabr 2020 06:30
Baxış: 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ətraf mühitin çirkləndirilməsinə görə vergiödəyicilərinə əlavə vergi yükünün qoyulması təklifi ilə çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Baş katibi iqlim dəyişikliklərinə həsr olunmuş sammitdəki çıxışında qlobal iqtisadi siyasəti və maliyyə sistemini Paris sazişi və davamlı inkişaf məqsədləri ilə uyğunlaşdırmağın zəruriliyini vurğulayıb. Bundan əlavə, o, iqlim dəyişikliyi ilə bağlı maliyyə riskləri barədə informasiyanın ictimaiyyət üçün açıq olmasının məcburi hala gətirilməsini təklif edib.

"Çıxarılan enerji daşıyıcıları sektorunun maliyyələşdirilməsi tədricən dayandırılmalı və onun subsidiyalaşdırılmasına son qoyulmalı, yeni kömür elektrik stansiyalarının tikintisi dayandırılmalı, vergiyə gəlirlər deyil, karbon tullantıları cəlb edilməli, çirkləndiricilərə görə vergiödəyicilərinə əlavə vergi yükü qoyulmalıdır", - deyə o, videoformatda keçirilən sammitdə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.