Dünya

COVID-19 peşə xəstəliyi sayılacaq - Türkiyədə

18 Dekabr 2020 03:30
Baxış: 946
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

COVID-19-un peşə xəstəliyi sayılmasını ehtiva edən layihə qısa müddətdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Milli.Az bildirir ki, bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğan təlimat verib.

R.T.Ərdoğan Nazirlər Kabinetinin son iclasında Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq ilə Səhiyyə naziri Fəxrəddin Kocadan layihə ilə bağlı hesabat istəyib.

Nazirliklər hesabatı növbəti iclasda prezidentə təqdim edəcək.

Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyindən verilən məlumata görə, kadrlı səhiyyə işçiləri üçün belə qərar mövcuddur. Növbəti qərar müqavilə əsasında işləyənləri əhatə edəcək. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.