Dünya

Gürcüstanda dövlət qulluqçularının əməkhaqları azaldılacaq

16 Dekabr 2020 00:45
Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn il Gürcüstanda dövlət qulluqçularının əməkhaqqı fondu əhəmiyyətli şəkildə azaldılacaq. Bununla belə, 2021-ci ildə ölkədə pensiyalar, müəllim, polis və hərbi qulluqçuların maaşları artırılacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

O deyib ki, ölkənin 2021-ci il üçün dövlət büdcəsi əsasən iqtisadi böhran əleyhinə olacaq. Eyni zamanda, büdcədə vətəndaşlara və biznesə dəstək istiqamətləri nəzərdə tutulub.

Onun sözlərinə görə, təkcə İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin əməkhaqqı fondu təxminən 2 milyon lari azaldılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.