Dünya

Niderland da sərt karantinə keçdi - VİDEO

15 Dekabr 2020 12:35
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland Yeni İl ərəfəsində koronavirusla mübarizə üçün sərt karantin rejiminə keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte ictimaiyyətə müraciətində bildirib.

O, məhdudiyyətlərin yanvarın 18-dək davam edəcəyini açıqlayıb. Rutte karantin dövründə stomatoloji klinikalar və fiziki müalicə mərkəzləri xaricində idman salonları, hovuzlar və saunalar kimi bir çox müəssisənin bağlanacağını qeyd edib.

Baş nazir çərşənbə günündən etibarən ibtidai və orta təhsil müəssisələrinin də bağlanacağını və distant təhsilə keçiriləcəyini deyib.

Rutte bağçaların da bağlanacağını, otellərin açıq olacağını, ancaq qonaqlara yemək və içki təklif edilməyəcəyini vurğulayıb. Həmçinin regionlar arasında səyahətlərə də məhdudiyyətlər qoyulub.

Qeyd edək ki, ölkədə son 24 saat ərzində 8 min 457  nəfərdə virus aşkarlanıb, 34 nəfər vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.