Dünya

Gürcüstanda 82 yaşlı kişi 87 yaşlı arvadını qətlə yetirdi

14 Dekabr 2020 13:24
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Tetritskaro rayonunda 82 yaşlı kişi 87 yaşlı həyat yoldaşını boğazından bıçaqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1933-cü il təvəllüdlü qadın N.A aldığı xəsarətdən hadisə yerində ölüb.

Qətli törətməkdə şübhəli bilinən şəxs 1938-ci il təvəllüdlü A.O-nun isə saxlanıldığı bildirilib.

Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İttihamlar təsdiqini taparsa, cinayəti törətmədə şübhəli bilinən ahıl kişi 13 ildən 17 ilədək həbs edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.