Dünya

Meksika "Pfizer" və "BioNTech"in peyvəndini təsdiqlədi

12 Dekabr 2020 17:19
Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikadakı "Cofepris" sağlamlığa nəzarət agentliyi təcili olaraq "Pfizer" və "BioNTech" şirkətləri tərəfindən koronavirusa qarşı peyvəndin istifadəsinə icazə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatell deyib.

"Sağlamlığa nəzarət agentliyi COVID-19-un qarşısını almaq məqsədilə "Pfizer" və "BioNTech"in "SARS-CoV-2" virusa qarşı peyvəndinin təcili istifadəsinə icazə verib", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, COVID-19 pandemiyası başladığı gündən bu yana Meksikada 1,2 mln. insan sözügedən virusa yoluxub, 112 min nəfər ölüb, 904 min nəfər sağalıb.

Xatırladaq ki, bundan öncə peyvəndlərin ölkələrində istifadəsinə Böyük Britaniya, Bəhreyn, Kanada və ABŞ-da icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.