Dünya

Karantindən sonra İranda koronavirusa yoluxmanın azalması müşahidə edilir

11 Dekabr 2020 20:00
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusla əlaqədar olaraq İranda tətbiq edilən sərt karantin rejimi müsbət nəticə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib. O bildirib ki, əgər karantindən əvvəl sutka ərzində 13 min yoluxma və 500-ə yaxın ölüm faktı qeydə alınırdısa, hazırda yoluxma halı 9 min səviyyəsinə enib.

Noyabrın 11-nə olan məlumata əsasən son sutkada İranda 9 min 594 nəfər koronavirusa yoluxub, 232 nəfər isə həyatını itirib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 92 min 617-yə, ölənlərin sayı isə 51 min 728-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 5 min 760 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 787 min 853 nəfər sağalaraq evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.