Yorğun hiss edirsinizsə ilk növbədə bunu yoxladın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Endokrinoloq qalxanabənzər vəzi xəstəliklərinin əlamətlərini açıqlayıb.
Milli.Az xəbər verir ki, Amerika və Çin Endokrinoloqlar Assosiasiyasının üzvü, həkim Olqa Rojdestvenskaya life.ru-ya açıqlamasında deyib ki, bu xəstəliklərin ilkin simptomlarını digər hallarla qarışdırmaq mümkündür: yorğunluq, saç tökülməsi, əhvalın pisləşməsi, aktivliyin azalması. Onun sözlərinə görə narahatlıq doğuran əsas əlamətlər səbəbsiz həyəcan, dözümlülüyün azalması, qadınlarda menstruasiya pozuntusu, yaddaş zəifləməsi, ödəmlər və bədən istiliyinin pozulması problemləridir.
Mütəxəssis bildirib ki, belə hallarda mütləq qalxanabənzər vəzinin hormonlarına - xüsusən TSH-a (tirotrop hormon) analiz vermək lazımdır. Bu, əsas diaqnostika üsuludur. Əgər nəticələr normadan kənardırsa, endokrinoloqa müraciət edilməlidir. Həkim həmçinin ildə bir dəfə qalxanabənzər vəzinin ultrasəs müayinəsini məsləhət görüb.
Onun sözlərinə görə, qalxanabənzər vəzinin fəaliyyəti xolesterin səviyyəsinə də təsir göstərir və bu göstəricidəki dəyişikliklər bəzən xəstəliyi üzə çıxara bilər. O, həmçinin əksər insanların yod çatışmazlığı zonasında yaşadığını və bunun da riskləri artırdığını vurğulayıb.
Endokrinoloq əlavə edib ki, yeni doğulan körpələrdə TSH səviyyəsi mütləq yoxlanılır, çünki qalxanabənzər vəzi sinir sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Yaş artdıqca hormon səviyyəsi dəyişə bilər, buna görə də onu şəkər və xolesterin kimi daimi nəzarətdə saxlamaq lazımdır.
Həkim qeyd edib ki, qalxanabənzər vəzi xəstəliklərinin simptomları tez-tez panik atak, anemiya və ya klimaksla qarışdırılır. Boyunda narahatlıq, udqunma çətinliyi və ya boğazda düyün hissi həmişə qalxanabənzərlə bağlı olmur. Analizlər aparılmadan diaqnoz qoymaq mümkün deyil, çünki endokrin xəstəliklər çox vaxt başqa xəstəliklərin pərdəsi altında gizlənir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
-
Bakıda sürücü sükan arxasında öldü
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)
-
Azərbaycanla Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqlənib
-
Azərbaycan və Özbəkistan arasında pensiya təminatı haqqında saziş təsdiqlənib
-
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 70 qəpik
-
Tanınmış idmançı 6 saatlıq parkinqə 33 manat ödəyib şikayətləndi (Video)
-
Saxlanılan sabiq icra başçısının məhkəməsi başlayır
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı (Video)
-
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
-
Rəqsanənin qızı Yana əməliyyatdan sonra bədən quruluşunu nümayiş etdirdi - (Video)





