Siyasət

Paşinyan: Avqustun 8-dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq

18 Avqust 2025 19:50
Baxış: 485

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciət edərək, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olduğunu və bu məsələdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının əvəzsiz rol oynadığını vurğulayıb.

Milli.Az xəbər verir ki, Paşinyan öz müraciətində Vaşinqton razılaşmalarından sonra - 30 ildən sonra Ermənistanın bütün kommunikasiyalarının açıldığını qeyd edib: "Biz - Üçüncü Respublikanın vətəndaşları olaraq, sülh şəraitində yaşamağın, işləməyin nə olduğunu bilmirik. Bu bizə yad bir hissdir. Çünki müstəqilliyimizin ilk günündən bəri biz daim münaqişə atmosferində, müharibə və ya nə sülh - nə müharibə şəraitində yaşamışıq.

8 avqustdan sonra isə biz tamamilə başqa bir Cənubi Qafqazda, başqa bir Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etməliyik. Bu, asan deyil, çünki bu bizim üçün yeni və tanımadığımız bir reallıqdır".

Paşinyan vurğulayıb ki, Ermənistan sülhü sıfırdan öyrənməlidir - sülh nədir, necə olur və necə görünür?

"Sülh biz ona hansı formanı verəcəyiksə elə də olacaq. Əlbəttə ki, bu, təkbaşına yox, Azərbaycanla birlikdə olacaq", - deyə o bildirib. /APA
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.