Dünya

Fardin Amin müəmmalı şəraitdə həlak olub

11 Dekabr 2020 16:39
Baxış: 2 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanın ARIANA telekanalının aparıcısı Fardin Amini müəmmalı şəraitdə həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə TOLO News telekanalı jurnalistin həmkarlarına istinadla məlumat yayıb. Onların sözlərinə görə, Amini cümə günü müəmmalı hücum nəticəsində qətlə yetirilib. Kabil polisi jurnalistin ölümünü təsdiqləsə də, hadisənin detalları hələlik açıqlanmayıb.

Bundan bir gün əvvəl Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində daha bir jurnalistin - Enikass TV kanalının qadın aparıcısının naməlum silahlıların hücumu nəticəsində öldürüldüyü bildirilir.

Jurnalistlərin hüquqlarının müdafiəsi üzrə müstəqil Press Emblem Campaign (PEC) təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri dünyanın 30 ölkəsində azı 80 KİV əməkdaşı öldürülüb. Bu, ötən ilə nisbətən 10 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.