Dünya

Aİ Rusiyaya qarşı sanksiyaları uzatdı

11 Dekabr 2020 10:09
Baxış: 2 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) Ukraynada sabitliyi pozduğu üçün Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların müddətinin daha 6 ay uzadılmasına qərar verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının Baş katibi Barend Leyts məlumat verib. O, qərarın Brüsseldə keçirilən Aİ Liderləri Sammiti zamanı verildiyini bildirib.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı ilk iqtisadi sanksiya qərarını 2014-cü ildə vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.