Dünya

Tramp qanun imzaladı - 43 gün sonra yenidən fəaliyyətə başladı

13 Noyabr 2025 10:00
Baxış: 326
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanması başa çatıb. 43 günlük fasilədən sonra federal hökumət yenidən fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, konqresdə keçirilən səsvermədən sonra müvəqqəti büdcə qanun layihəsi əvvəlcə Senatda, daha sonra isə Nümayəndələr Palatasında 222 lehinə, 209 əleyhinə səslə qəbul edilib. Qanun layihəsi ABŞ prezidenti Donald Trampın imzası ilə qüvvəyə minib.

Yeni büdcə 30 yanvar tarixinədək əksər federal qurumların maliyyələşdirilməsini təmin edir. Bununla da 1 oktyabrda - yeni maliyyə ili başlamazdan əvvəl təsdiqlənə bilmədiyi üçün dayandırılan hökumət fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, hökumətin bağlanması Demokrat senatorların səhiyyə subsidiyalarının uzadılmasına zəmanət tələbi ilə bağlı fikir ayrılıqlarından sonra baş vermişdi. 43 gün davam edən bağlanma ABŞ tarixində ən uzun hökumət dayanması kimi qeydiyyata alınıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.