Dünya

Türkiyə 14 günlük karantinlə bağlı qaydanı dəyişdi

7 Dekabr 2020 19:46
Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə "COVID-19" diaqnozu qoyulmuş insanlarla təmasda olan şəxslərin karantində saxlanılma müddəti azadılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, özünütəcrid 14 gündən 10 günə endirilib.

Yeni qaydada qeyd olunur: "Koronavirus xəstələri ilə təmasda olan şəxslər 10 gün ərzində karantində qalır. Heç bir simptom olmadığı təqdirdə onuncu gün sözügedən şəxs karantindən çıxır. Lakin bu insanlar karantin qaydalarına əməl etməli, sosial məsafəyə diqqət yetirməlidir. Hətta test nəticələri neqativ çıxacağı halda 7-ci gün karantindən azad oluna bilərlər".

Pandemiya dövründə xəstəliyin yayılmasını və yaxın təmasları azaltmaq üçün iş yerlərində 4 kvadratmetrdə 1 nəfərin çalışacağına icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.