Dünya

Dünyanın ən böyük aviasiya sərgilərindən biri ləğv edilib

7 Dekabr 2020 19:56
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin iyun ayında Fransanın Le-Burje aeroportunda keçirilməli dünyanın ən böyük beynəlxalq aviasiya sərgilərindən biri koronavirus böhranı səbəbindən ləğv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə tədbir iştirakçısının açıqlamasında deyilir.

"COVID-19 infeksiyasının səhiyyə sahəsində yaratdığı böhranla əlaqəli qeyri-müəyyənlik fonunda təşkilatçılar 21-27 iyun 2021-ci il tarixlərində keçirilməli aviaşounu ləğv etmək qərarına gəlib", - açıqlamada deyilir.

Növbəti Le-Burje aviasiya sərgisi yalnız 2023-cü ilin iyun ayında keçiriləcək. Bəyanatda deyilir ki, ləğv olunan şou iştirakçıları maddi təzminatı tam alacaqlar.

Xatırladaq ki, sözügedən sərgi iki ildən bir təşkil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.