Dünya

ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi

5 Dekabr 2020 09:07
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ səlahiyyətliləri Çinin "ByteDance" şirkətinin "TikTok" sosial şəbəkəsinin amerikan seqmentini satmaq üçün müqavilə bağlamalı olduğu müddətin uzadılmamasına qərar verdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.

Bildirilir ki, sözügedən müddət dekabrın 4-də bitib və ABŞ federal hökuməti onu yeniləməməyə qərar verib. Bununla belə, Vaşinqton "TikTok"un yerli seqmentinin taleyi ilə bağlı "ByteDance" ilə danışıqların davam etdirilməsini istisna etmir.

Daha əvvəl ABŞ səlahiyyətliləri Çin tərəfi satışdan imtina edərsə, 12 noyabr tarixindən etibarən "TikTok"un işinə ciddi məhdudiyyətlər tətbiq etməyi planlaşdırıb. Lakin Vaşinqton administrasiyası "ByteDance" şirkətinə 27 noyabr tarixinə qədər 15 günlük güzəşt müddətinin verilməsi və daha sonra bu müddətin bir həftə - dekabrın 4-dək uzadılması qərarını verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.