Dünya

İstanbulun daha bir hissəsi təbii fəlakətlərə qarşı riskli bölgə elan edilib

2 Dekabr 2020 16:19
Baxış: 1 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidentinin qərarına əsasən, quruluşu və ya üzərindəki tikintinin insan və əmlak itkisinə səbəb ola bilməsi nəzərə alınaraq ölkə ərazisinin təbii fəlakət, o cümlədən zəlzələlərə qarşı dayanıqlılığının araşdırılması işləri davam etdirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu araşdırmalar çərçivəsində İstanbulun Bağçılar rayonunun bir hissəsi də riskli bölgə elan edilib. Bununla İstanbuldakı riskli bölgələrin sayı 2-yə çatıb. Belə ki, bundan əvvəl şəhərin ən böyük bölgələrindən biri olan Ümraniyə rayonunda da bir məhəllə riskli bölgə elan edilib.

Araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.